YAP Ucar rayon təşkilatının fəalları şəhidlərin məzarını ziyarət ediblər FOTOLAR
YAP Ucar rayon təşkilatının fəalları Bərgüşad kəndində şəhid Süleymanov Səbuhi Ələkbər oğlunun və Qazıqumlaq kəndində Qarayev Namiq Qarakişi oğlunun doğum günlərində məzarlarını ziyarət etib, ruhlarına dualar oxuyublar. SİA-nın verdiyi məlumata görə, Bərgüşad kəndinin mərkəzində şəhid Səbuhi Süleymanovun adına bulağın açılışı olub.
Şəhid anaları Südabə Süleymanova və Şərqiyə Qarayeva və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB