Özünüməşğulluq proqramına cəlb olunanların sayı artıb

İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib.

2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə