BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi

Bakı Nəqliyyat Agentliyi tanınmış reperə vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

SİA-nın məlumatına görə, Agentliyin Mətbuat katibi Mais Ağayev açıqlamasında faktı təstiqləyib.

O bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: "Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə