Türkiyədə yayımlanan "Akıncı" serialında Azərbaycan xəritəsi ilə bağlı - NTC Media-dan AÇIQLAMA

"Akıncı serialının 16-cı bölümündə dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən "Haritacılar" adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilmişdir". Bu fikirlər NTC - Media-dan verilən açıqlamadandlr.

Media qurumdan verilən məlumatda əlavə olaraq bildirilir ki, tamamilə qondarma bir təşkilat olan "Haritacılar" tərəfindən kadrlara salınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən *bir qondarma təşkilatın niyyətini göstərmək üçün* qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir. Tək Millət İki Dövlət".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...