Əxlaqsız videolar çəkərək özlərinə "həci" axtarırlar YENİ FAKTLAR ORTAYA ÇIXDI

"Son vaxtlar kütləvi informasiya vasitələrində, televiziyada, sarı mətbuatda həyatın bir çox sahələrini əhatə edən gənclərin müxtəlif fəaliyyətlərinin şahidi oluruq. Onların bir qismi sosial şəbəkələrdə çəkdikləri videolarla trendə düşmək üçün hər yola əl atırlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, gənclərin məşhurlaşmaq məsələsi mənfi yönümlüdür: "Onlar cəmiyyətin qəbul etdiyi mental dəyərlərə yad olan müxtəlif açıq-saçıq, erotik və pornoqrafik görüntüləri ilə trendə çevrilmək arzusundadırlar. Bu hallar getdikcə kütləvi hal alır. Bütün bunlara cavab verəcək dövlət qurumu olmadığına görə, bu tipli insanları tənqid edən zaman təhqirlə cavab verirlər. Buna görə də insanların ictimai qınağı bu sahəyə çox da yönəlməyib".

Sədr onu da qeyd edib ki, bu hallar daha çox "tik-tok" və "instagram" platformalarında baş verir. Cinsi azlığın nümayəndələri mənfi prosesləri təbliğ etməyə çox meyilli olur. Onların bu tip əxlaqsız video çəkməkdə məqsədi özlərinə "həci" tapmaqdır. Cinsi azlığın nümayəndələri onlara verilən azadlıqlardan sui-istifadə edərək, öz bədənlərini satırlar və gəncləri öz profilinə cəlb etmək üçün əxlaqsız görüntülər təbliğ edirlər. İngilis və ruslarda olan intellektuallıq bizim fenomenlərdə yoxdur".

"İctimaiyyət silkələnib özünə qayıtmalı və mənfi hallara yox deməlidir. Sosial şəbəkələrdəki 18+ səhifələrə və proqramlara ciddi nəzarət olunmalıdır".

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova da öz fikirlərini deyib: "Yeniyetməlik dönəmində bəzi gənclər arasında yersiz rəqabət olur. Məsələn, məşhur olmaq, izləyici yığmaq, mənasız "tik-tok" çəkmək və s. Bunun səbəbi onların nəzarətsiz qalmasıdır. Onlayn təhsilə görə telefon bütün günü uşaqların əlindədir. Valideyn hesab edir ki, onlar telefonu dərs üçün istifadə edirlər. Bütün bu hallar onların yaşı ilə əlaqəlidir. Lakin, bunu yalnız yeniyetmələr yox, böyüklərdən də edənlər az deyil. Anlamaq lazımdır ki, hər trend yaxşı deyil. Bunların səbəbi insanların diqqətdənkənar qalmasıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə