Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb

2021-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları üzrə 577 cinayət işi icraata qəbul edilib.

Bunu SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 577-dir.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...