Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib

Mərkəzin Həm-Sədrləri xanım Vaira Vike-Freiberga və cənab İsmail Serageldinin rəhbərliyi ilə keçirilən toplantının işində Xorvatiyanın sabiq Prezidenti cənab İvo Josipovic, Bolqarıstanın sabiq Prezidentləri cənab Rozen Plevneliev və Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti cənab Boris Tadic, Monteneqronun sabiq Prezidenti cənab Filip Vujanovic, Belçikanın sabiq Baş Naziri Yves Leterme, Bosnia və Herzegovinanın sabiq Baş Naziri cənab Zlatko Lagumdzija, Ərəb Liqasının sabiq rəhbəri cənab Amre Moussa, Gürcüstanın sabiq Baş Naziri xanım Eka Tkeshelashvili, Robert F. Kennedy İnsan Hüquqları təşkilatının Prezidenti xanım Kerry Kennedy, Ukraynanın sabiq Birinci xanımı Kateryna Yushchenko, YUNESKO-nun Xoşməramlı səfiri xanım Marianna V. Vardinoyannis, BMT-i Baş Katibinin sabiq müavini xanım Noeleen Heyzer, Exxon Mobile şirkətinin sabiq Vitse-Prezidenti xanım Jean Baderschneider, Çinin Tsinxua Universiteti Şvarzman kollecinin Baş Dekanı Dr. David Pan iştirak ediblər.

Mərkəzdən SİA-ya verilən məlumata görə, xanım Vaira Vike-Freiberga və cənab İsmail Seragəldin Mərkəzin işində Azərbaycan Respublikası Prezidentinin diqqət və dəstəyini və qurumun fəaliyyətinin daim inkişaf etməsini alqışladığını vurgulayıblar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və baş katib muavini Ilahə Ibrahimli tərəfindən COVİD-19, Davamlı İnkişaf Proqramı, Dağlıq Qarabağ müharibəsindən sonrakı inkişaf mərhələsi, Qadın hüquqları, Balkanların Avropaya inteqrasiyası, Əfqanıstanda Sülh Prosesi və regiona təsiri, Şanxay Əməkdaşlıq Təşkilatı, AvroAtlantika münasibətləri, PeoplesVaccine Alyansı müzakirə edilib.

Xanım Vaira Vike-Freiberga və cənab İsmail Seragəldin 2021ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nizami Gəncəvi ili elan olunması və bu sahədədə Mərkəzin aparıcı rol oynadığını, dünyanın aparıcı təşkilatları Dünya Elmlər və Mədəniyyət Akademiyası, Metropolitan Muzeyi ilə aparılan işbirliyi, Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəviyə həsr olunmuş elmi konfransın keçirildiyi vurğulanıb.

İdarə Heyyətinin üzvləri o cümlədən 2021-ci il keçirilməsi nəzərdə tutulan Global Bakı Forumuna hazırlığıda müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...