“Sosial şəbəkələr xəyanət və boşanmaları pik həddinə çatdırıb”

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi, son zamanlar sosial şəbəkələrdə mənəvi dəyərlərin, xüsusilə ailə dəyərlərinin kütləvi məhv edilməsi prosesinin amansız hal alması barədə həyəcan təbili çalır. Qurumun rəhbəri Mətləb Salahov KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, olduqca nəzarətsiz və xaotik “qara bazara” çevrilən sosial şəbəkələr, artıq Azərbaycanın min illərdən günümüzə çatan milli ailə dəyərlərinin qatilinə çevrilib: “Təsəvvür edin ki, sosial şəbəkələrdə ər-arvad arasındakı xəyanətlər biabırçı həddə çatıb. Evli qadınların və kişilərin qarşılıqlı xəyanət və gizli yazışmaları ailə dağılmasını və boşanmaları pik həddinə çatdırıb. Elə təkcə bu ilin yanvar-fevral aylarında 2417 boşanma halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5 olub. Səbəblər arasında ən geniş yayılanı isə sosial şəbəkələrdəki xəyanətlərdir. Bu bir xalqın milli genefonu üçün olduqca təhlükəli insidentdir. Təəsüf ki, sosial şəbəkələrdəki bugünkü nəzarətsizlik gələcəkdəki daha faciəli proseslər üçün stimul rolunu oynayır.”-deyə M.Salahov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...