“YAŞAT” Fonduna toplanan vəsait 31 milyona çatır

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan "YAŞAT" Fonduna toplanan vəsait 31 milyon manata çatır. SİA xəbər verir ki, bu günədək Fonda toplanan vəsait 30 999 440.14 manatdır. Həmin vəsaitdən 16 432 809.55 manatı fiziki şəxslər, 14 566 630.59 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 18 635 046.68 manatı xərclənib. Vəsaitin qalığı isə 12 364 393.46 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

"YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə BURADAN tanış ola bilərsiniz.

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə