Asif Əsgərov: “20 il ərzində əldə olunan nailiyyətləri, görülən işləri çox yüksək qiymətləndirmək olar” - MÖVQE
"Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edəcəyik. Bu 20 il ərzində əldə olunan nailiyyətləri, görülən işləri çox yüksək qiymətləndirmək olar". SİA-nın xəbərinə görə, bunu Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu gün keçirilən konfransda deyib. O bildirib ki, 20 il bundan qabaq, müstəqilliyin bərpa olunması ərəfəsində görülən işlərə, əldə olunan nailiyyətlərə nəzər salındıqda, çox narahatedici faktlar meydana gəlir. Onun sözlərinə görə, 1992-1993-cü ilin əvvəllərində ölkənin ehtiyat fondunun 1 milyon dollar civarında olması bir daha sübut edir ki, bu məbləğlə formalaşan dövlətin gələcək təhlükəsizliyi hansı formada ola bilər.
"Ona görə də 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə mühüm inkişafa nail olundu. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, eyni zamanda iqtisadiyyatımızın güclənməsi bunu bir daha sübut edir. Bu gün fəxrlə, qürurla deyə bilirik ki, ölkəmizin ehtiyat fondu 30 milyardı keçib və bu da ölkənin inkişafı üçün çox böyük bir rəqəmdir. Bütün bunların sayəsində ölkədə çox genişmiqyaslı işlər görülüb. Bütün bu işlərin həyata keçirilməsi prezidentin xalqına olan məhəbbəti və burada olan işlərin daha da müasir və yeni formada görülməsidir. Görülən işlər nəticəsində Azərbaycanın hər bir şəhəri, regionu, rayonu gözəlləşir və abadlaşır. Bütün bu işləri nəzərdən keçirdikdə Azərbaycanda iqtisadi potensialı inkişafının nəticəsinin göz qabağında olduğunu görərik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB