YAP Qobustan rayon təşkilatının fəalları şəhidin məzarını ziyarət ediblər

Bu gün Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının fəalları rayonun Ərəbqədim kəndindən I Qarabağ döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Sahibov Mübariz Əli oğlunun ailə üzvləri ilə birgə şəhidin qəbrini ziyarət etmiş, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidin abidəsi önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.

Mərasimdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev tariximizə şanlı səhifə kimi yazılmış I-Qarabağ döyüşlərinin, eləcədə şəhidin keçdiyi mübariz döyüş yolunun gələcək nəsillərə örnək olduğunu bildirmişdir 27 sentyabr 2020-ci il tarixində başlayan cəmi 44 gün davam edən Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz düşmən üzərində inamlı qələbə çalaraq işğal altındakı torpaqlarımızı azad etmişdir. Füzuli Gülaliyev bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qaygı ilə yanaşırlar. Dövlətimiz tərəfindən bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkiret tədbirlər görülür.

Şəhidin ailə üzvlərindən qardaşı Eynulla Sahibov onlara göstərilən dövlət qayğısına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Tədbirdən sonra Şəhidin ailəsi ziyarət edilib. Şəhidin atası Əli Sahibov ölkə Prezidenti İlham Əliyeva minnətdarlıq bildirib ki, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Azərbaycan Ordusu Mübarizin və bütün Şəhidlərimizin qisasını düşməndən alıb, işğal altında olan torpaqları azad edib. İndi onun oğlu Mübarizin ruhu şaddır!

Bütün xəbərlər Facebook səhifəmizdə