Makiyajsız təbii gözəllik

Makiyaj qadınlar üçün özəl günlərdə daha önəmlidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii vasitələrlə də gözəl görünmək mümkündür. Makiyajsız bəyənilməyəcəyiniz qorxusunu bir kənara qoyun. Sözümüzə əməl etsəniz, təbii vəziyyətinizlə gözəl görünəcəksiniz.

Yorğun göz ətrafına diqqət yetirin

Yorğun görünən üzün ən böyük səbəblərindən biri də göz xətləridir. Göz ətrafınız bütün gün kompyuter ekranına baxmaqdan və yorğunluqdan qaralır. Qaralmış gözlərinizə mütəmadi olaraq "aydınladıcı" tətbiq etmək yaxşı olar. Göz altınızı gizlətməyin deyə bilmərəm, amma ən azından gecə nəmləndirici göz kremi ilə yorğunluq izlərini azalda və ya silə bilərsiniz.

Şişkinliyinizdən qurtarın

Gözaltı qaralmalar üçün soyuducu maskalar da yaxşıdır. Maskanızı tətbiq edərkən, gözünüzün altına parça maskalar qoyun və vaxtdan səmərəli istifadə edin.

Qaşlarınızı darayın

Xəbəriniz olmasa da, səpələnmiş qaşlar üzünüzə laqeyd bir görünüş verir. Buna görə qaşlarınızı darayın. Əgər "sözə qulaq asmayan" saçlarınız varsa, təbii tərkibli sabundan kömək alın.

Qıvrılmış kirpiklər üçün tuş istifadə etmək lazım deyil

Kirpiklərin baxışlarınızı nə qədər dəyişdirə biləcəyinə inanmayacaqsınız. Oyanmış, canlı və enerjili görünüşlər üçün əvvəl kirpiklərinizi darayın, bükün və sonra yenidən darayın.

8 saat yuxu

Makiyajın belə edə bilməyəcəyi şeylər var. Makiyaj dərinizi bərpa etmir, yorğunluq izlərini maskalayır, lakin tamamilə aradan qaldıra bilmir. Ən azı 7 saat yatdığınızdan əmin olun. 7-8 saatlıq yuxu, gözaltı qaraların azalmasına və ya yox olmasına kömək edəcəkdir.

Serum istifadə edin

Dərinizin təbii təravəti ilə öyünmək üçün buna ehtiyacınız var. Serumlar bu məsələdə ən böyük köməkçinizdir. Dərini normal nəmləndiricilərin çata bilmədiyi ən aşağı qatına nüfuz edərək qidalandırır və gəncliyini qoruyur.

Təmizləmə və nəmləndirmə

Üzünüzə tətbiq etdiyiniz bütün makiyaj məhsulları sizə parlaq dəri vəd edir. Lakin dərinizi dərindən təmizləmək və mütəmadi olaraq nəmləndirmək üçün riayət etməli olduğunuz əsas qayda var. Bunları etmək dərinizi sızanaqlardan və qocalma əlamətlərindən qoruyaraq təzə bir görünüş verir.

Dodaqlarınız üçün sadəcə balzam kifayət deyil

Otaq temperaturunda olan bir çay qaşığı balı, eyni miqdarda zeytun və ya badam yağı ilə qarışdırın. Qarışığa bir və ya iki çay qaşığı ağ və ya qəhvəyi şəkər əlavə edin. Xəmir əmələ gətirənə qədər qarışdırın. Əlinizlə dodaqlarınıza çəkin və bir neçə dəqiqə oturmasına icazə verin. Ölü dərini çıxarmaq üçün dairəvi hərəkətlərlə masaj edin, sonra ilıq su ilə yuyun. Dodaq nəmləndiriciniz və ya bir qat zeytun yağı sürtün. Bunu həftədə bir dəfə təkrar edə bilərsiniz.

Özünüzə inanın

Bunun üçün makiyaj lazım deyil. Yalnız özünüzü sevməli və inkişafa açıq olmalısınız. Gün ərzində nə yaşayırsınızsa yaşayın, amma gülümsəməyi unutmayın! Atdığınız hər təbəssümün özünüzə qayıdacağından əmin olun. Streslə mübarizə aparmaq üçün öz yolunuzu tapın. Dərinizə stress qədər zərər verən ikinci bir şey varsa, şəkərdir. Şəkərdən azaldın, tərəvəzləri artırın.

Gənclik sirrləri

Bunu nə nağıllarda, nə də bahalı məhsullarda axtarın. Gənclik sirri, əslində, suyun özüdür. Pəhriziniz və bədəninizin tələb etdiyi qədər su içməyiniz çox vacibdir. Su içmək həzmə kömək edir, soyuq duş qəbul etmək isə dərinizin qırışmasının qarşısını alır. Gözəllik yuxunuza da laqeyd yanaşmayın. Səkkiz saatlıq müntəzəm yuxu incə xəttlərin və solğun dəri rənginin qarşısını alır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə