Əflatun Amaşov: “Diffamasiya haqqında qanun Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər”- AÇIQLAMA
"Bu il Azərbaycan özünün Diffamasiya haqqında qanununu qəbul edəcək". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Qanunun tam olaraq müvafiq qurumlara təqdim olunduğunu deyən MŞ sədri vurğulayıb ki, sənəd Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər.
Layihənin iki istiqamətdə həyata keçirildiyini dilə gətirən Ə. Amaşov bildirib ki, layihə ilk öncə jurnalistlərin işə davranış qaydalarını təkmilləşdirdikdən, diffamasiya ilə bağlı təşəbbüslər dəstəkləndikdən sonra hazırlanıb.
"Artıq layihə müvafiq qurumlara təqdim olunub. Layihə müvafiq qurumlarda və parlamentdə müzakirə olunanadək yəqin ki, biz redaktorlarla müəyyən danışıqlar aparacağıq. Ola bilsin ki, jurnalistlər işə götürülərkən onlar və ya rəsmi olaraq KİV rəhbərləri tərəfindən jurnalistlərin peşə davranış qaydalarına dair sənəd imzalanacaq. Azərbaycan Jurnalistlərinin Qurultayında həmin sənəd KİV rəhbərləri tərəfindən səsvermə yolu ilə qəbul olunub. Hazırda bununla bağlı redaktorlarla məsləhətləşmələr aparılır, yaxın zamanda Mətbuat Şurası ilə KİV rəhbərləri arasında sənədlə bağlı müəyyən razılaşma əldə olunacaq. Jurnalistlər işə götürülərkən müqavilə ilə yanaşı həmin sənədə də imza atacaqlar",- deyə MŞ sədri qeyd edib.
Qanun layihəsinin ölkə mətbuatına təsirinə gəlincə, Ə. Amaşov söyləyib ki, sözügedən qanun layihəsi Azərbaycan jurnalistikasına tam sərbəstlik verəcək, onların içərisindəki qorxunu çıxaracaq.
Onun sözlərinə görə, layihə eyni zamanda özü-özlüyündə müəyyən məsələlərlə bağlı Azərbaycan jurnalistlərini daha məsuliyyətli edəcək, əsasən də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB