Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB