Ağdam rayonunun işğaldan azad edilmiş 3 hektarı partlayıcı maddələrdən tam təmizlənib

Ağdam rayonunun işğaldan azad edilmiş 3 hektarı partlayıcı maddələrdən tam təmizlənib

Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. Ağdam rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib. Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə