"Son illərdə dörd mindən çox media orqanı dövlət qeydiyyatından keçib". SİA-nın verdiyi xəbərə görə, bu barədə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, bu qəzetlərin əksəriyyətinin təsisçiləri qeyri-peşəkar insanlardır ki, media orqanı yaradaraq qəzetləri hörmətdən salmaqla məşğuldurlar.
V. Səfərli qeyd edib ki, bu gün mütəmadi olaraq ölkə səviyyəli 50-60 qəzet nəşr olunur və normal fəaliyyət göstərir. Onun sözlərinə görə, onlardan 30-u gündəlik, qalanları isə həftəlikdir: "Bölgələrdə isə 80-ə yaxın qəzet nəşr olunur. Digər qəzetlər isə öz şəxsi mənafelərini güdmək məqsədilə fəaliyyət göstərirlər. Belə şəxslər insanları, idarə və müəssisələri şantaj etməklə qəzetlərini qoruyub saxlayırlar. Elə bu səbəbdən də biz cəmiyyətin nümayəndələri ilə görüşlərdə bu məsələlərə aydınlıq gətirir, mətbuatla ictimaiyyətin sıx əlaqəsini qurmağa çalışırıq. Ümumiyyətlə, son dövrdə mediaya qarşı, xüsusilə də çap mediasına qarşı soyuqluq yaranıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB