Vüqar Səfərli: “Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasiminə az vaxt qalıb”- AÇIQLAMA
\"Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasiminin may ayında keçirilməsi nəzərdə tutulsa da müəyyən səbəblərdən başqa vaxta dəyişdirilib\". SİA-nın məlumatına görə, bu sözləri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlərə verdiyi açıqlamasında deyib.
Təməlqoyma mərasiminin KİVDF-dən asılı olmayaraq yubandığını deyən icraçı direktor vurğulayıb ki, binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var: "Yəqin ki, yaxın vaxtlarda ekspertizanın nəticələrini bizə təqdim edəcəklər. Bundan sonra isə podratçı təşkilatı müəyyənləşdirərək işə başlayacağıq. Fikrimcə, prosesin başlanmasına az vaxt qalıb".
Açıqlaması zamanı mənzillərin verilməsi şərtlərinə də toxunan V. Səfərli bildirib ki, şərtlər evin tikintisindən sonra tam müəyyənləşdiriləcək.
O qeyd edib ki, evin tikintisinin iki il müddətinə başa çatdırılması nəzərdə tutulub. "Evləri jurnalistlərə tam təmirli şəkildə təhvil verəcəyik. Bununla bağlı zaman gəldikcə media nümayəndələrinə məlumat veriləcək. Media nümayəndələri üçün inşa ediləcək mənzillərə sahib olmaq istəyən jurnalistlər isə fərdi qaydada öz sənədlərini hazırlayıb fonda təqdim edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB