Canlı yayımda gözlənilməz hadisə

Danimarka koronavirusuna qarşı tətbiq olunan "Astra Zeneka" peyvəndi qan laxtalanmasına səbəb olduğundan onun istifadəsini tamamilə dayandıran ilk ölkə olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Danimarka Dərman Agentliyinin Farmakologiya Departamentinin direktoru Tanja Erichsen canlı yayımda "Astra Zeneka" peyvəndi ilə bağlı qərarı elan edərkən huşunu itirib.

Qeyd edək ki, canlı yayımda huşunu itirən Erichseni dərhal təcili yardım otağına aparılıb və bir müddət sonra özünə gəlib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə