Niyə kiməsə toxunanda elektrik cərəyanı vurur?

Kiməsə yaxınlaşarkən və ya bir əşyaya toxunduğunuz zaman elektrik cərəyanı vurması ilə qarşılaşmısınız?

Bədənimizdəki atomlar müsbət, mənfi və neytral enerjiyə sahibdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ətrafımızdakı hər şey atomlardan ibarətdir və təbii ki, bura insan bədəni də daxildir. Atomlar proton, elektron və neytrondan ibarət olur.

Elektronlar həmişə bir yerdən digərinə keçməyə meyillidir. Bu, o deməkdir ki, dostlarımızı salamladıqda, çiyinlərinə yüngülcə toxunduğumuzda və ya əl verdiyimiz zaman onlara cərəyan keçə bilər.

Qış aylarında, dünyanın xüsusilə, quru və soyuq olduğu yerlərdə statik elektrik daha tez-tez ola bilər. Çünki nəmli hava əslində, təbii bir ötürücüdür.

Elektrik keçirən bəzi materiallar var. Artıq bildiyiniz kimi, elektrik enerjisinin əsas keçiriciləri metaldır. Bununla yanaşı, polyester kimi zəif keçiriciliyə malik olan və birdən-birə bu yüngül elektrik cərəyanlarını çatdırdığımızda və ya aldığımızda elektrik enerjisinin bir yerdən digərinə keçməsində iştirak edə bilən strukturlar da var.

Yüngül cərəyan vurmasının qarşısını almaq üçün tövsiyələr.

Elektrik yaradan mərtəbələrdə gəzərkən rezin ayaqqabılar geyinməyin. Dərinizi nəmli saxlayın. Statik elektrik enerjisini bir anda kiçik hissələrlə boşaltmaq üçün metala toxunun.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə