"Hər evlilik bir şansa layiqdir" Türkiyəli psixoloq

Əlbətdə ki, hər kəs ailəsini qoruyub saxlamaq və uşaqların valideynləri ilə birlikdə xoşbəxt yaşamasını istəyir. Hər evlilik bir şansa layiqdir. Lakin, bütün səylərə baxmayaraq bir yerdə olmaq mümkün deyilsə, düşünmək lazımdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, psixoloq Ceren Kurtay Doğan uşaqlar üçün evli qalmağı özlərinə borc bilənlər haqqında məlumat verib.

Boşanma və ya boşanma qərarı uşaqla əlaqələndirilməməlidir

Ər-arvad uyğunlaşa bilməyəcəklərinə əmin olaraq, birlikdə olmağın çətin və sərt olduğuna qərar verdikdə yollarını ayırmağa qərar verə bilərlər. Ailədə uşaqların olması, boşanma qərarına və cütlərin boşanma müddətinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Uşaq üçün ən böyük xoşbəxtlik ata və anasının bir-birinə olan sevgisidir. Hər evlilik bir şansa layiqdir. Lakin, bütün bunlar hələ də işə yaramırsa, dayanmaq və düşünmək lazımdır.

Əksər valideynlər, boşanmaq istələr də, övladları üçün arada qalırlar. Ancaq, tükənmiş bir evliliyi bitirmək uşaqların rifahı üçün vacibdir. Yaşları neçə olursa-olsun, uşaqlar pis irəliləyən evliliklərdən daim yara alırlar.

Ailələr onlara hiss etdirsin və ya etdirməsin uşaqlar hər şeyi hiss edirlər. Bəzən, sevgisizlik evə pis enerji ötürür. Belə bir evliliyi davam etdirmək uşaqlar üçün yaxşı deyil. Uşaqlar bu müddət ərzində çox yara alır.

Uşaqların narahatlığına boşanma deyil, valideynlərdən ayrılma səbəb olur

Əlbətdə ki, uşaqlar valideynlərinin boşanmasını istəmirlər. Lakin, həqiqətən istəmədikləri şey valideynlərindən ayrılmaqdır. Onları bir daha görməmək və çox darıxmaq kimi narahatlıqlar səbəbindən boşanma seçimindən qorxurlar. Boşanmadan sonra uşaqların valideynləri ilə ünsiyyəti sağlam bir şəkildə tənzimlənərsə, valideynlik vəzifələri kəsilməzsə, uşaqlar bu yeni vəziyyətə çox qısa müddətdə uyğunlaşarlar. Onlar valideynlərinin bədbəxt, narahat və ya zəif olmasını istəmirlər. Bu səbəbdən insanlar öz xoşbəxtliklərinə üstünlük verməlidirlər.

Sərhədlərin düzgün təyin edilməsi vacibdir

Ayrılığa alışma müddətində bəzi cütlüklər uşaqlarını səbəb göstərərək, yenidən onlarla bir araya gəlmək üçün planlar qura bilərlər. Bu yaxşı fikir olsa da, adaptasiya prosesində çətinlik yaradır.

Bəzən boşanmasına baxmayaraq, “Həftədə bir dəfə hamımız birlikdə yemək yeyirik. "Uşaqların vəziyyətdən mənfi təsirlənməməsini istəyirik" deyən cütlüklərə rast gəlirik. Boşanma da bir sərhəddir və içindəki bəzi qaydalarla yaşanmalıdır.

Vəziyyət valideynlərinin müəyyən aralıqlarla bir araya gəldiyinin şahidi olan uşaqlar üçün olduqca qarışıq ola bilər. Bu vəziyyət, oxların valideynlərinin yenidən bir araya gələrək evlənə biləcəklərinə inanmasına səbəb ola bilər.

Boşandıqdan sonra həftədə yalnız bir neçə gün uşağı görmək və ya yeni bir münasibət qurmaq uşaqlara qarşı günahkar hiss etmək kimi görünə bilər. Ancaq, əslində, baş verənlər, valideynlərin uşaqlıqları və ya "Məni daha az sevəcəklər", "Məni unutacaqlar" kimi şəxsi narahatlıqları ilə əlaqədar bəzi vəziyyətlərə səbəb olmasıdır. Boşanmış valideynlər, şəxsi narahatlıqlarına görə, mövcud qaydaları tətbiq etməkdə və qorumaqda çətinlik çəkə bilərlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...