Ağsuda reyd: 15 sürücü cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin tədbirlər planına uyğun olaraq COVID-19 virusunun yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarını pozan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı aprelin 13-də Ağsu rayonunda növbəti reyd keçirilib. SİA xəbər verir ki, reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 15-nin sürücüsü karantin rejimi qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib.

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, habelə taksi, eləcə də iritutumlu avtobus sürücüləri ilə profilaktik söhbətlər aparıb, tibbi maskadan istifadə etməyən sərnişinlərə və sürücülərə xəbərdarlıq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...