İmpatiya nədir? MARAQLI DETALLAR

İmpatiya bir insanın özünü digərinin yerinə qoyaraq onun hisslərini və düşüncələrini düzgün başa düşməsi deməkdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, insan münasibətləri impatiya yolu ilə inkişaf edir. İnsanlar arasındakı davalar zaman keçdikcə azalır və ya yox olur. Ailə impatiyası ailə üzvlərinin qarşı tərəfi öz yerinə qoyması deməkdir. Bu şəkildə fərdlər qarşı tərəfin nəyə reaksiya verəcəyini bilirlər və buna görə hərəkət edirlər.

Sonradan impatiya bacarığı qazanmağın yolu:

Açıq suallar vermək

Yavaş hərəkət etmək

Şərh vermək

Tez mühakimə yürütməkdən çəkinmək

Öz davranış və düşüncələrimizi anlamağa çalışmaq

Keçmişdən dərs almaq

Hadisələri axışına buraxmaq

Özümüz üçün müəyyən sərhəd qoymaq.

Müsbət hədəflər üçün istifadə edildikdə, bu qabiliyyət işbirliyini, məhsuldarlığı, firavanlığı, xoşbəxtliyi artırır və pis məqsədlər üçün istifadə edildikdə manipulyasiya formasını alır.

İmpatiyanın üç qaydası

• Bir insan özünü qarşı tərəfin yerinə qoyaraq hadisələrə öz perspektivindən baxmağa çalışır
• Qarşıdakı insanın hiss və düşüncələrini düzgün anlamaq və hiss etmək
• Qarşıdakı insanı başa düşdüyünüzü ifadə etmək

Parapsixologiyada impatiya

İmpatiya, parapsixologiyada duyğuların və zehni vəziyyətlərin mənəvi cəhətdən bir-birinə bağlı olan iki məxluq və bu ruhi əlaqə arasında köçürülmə fenomeninə verilən tərifdir. Bəziləri tərəfindən telepatik bir əlaqə forması kimi qəbul edilsə də, telepatiyadan fərqi, tərifindən də başa düşüldüyü kimi düşüncələrin və görüntülərin ötürülməsinin baş verməməsidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...