Yaradılan Fondlar ölkəmizdə son illərdə həyata keçirilən sosial layihələrin davamıdır

Yaradılan Fondlar ölkəmizdə son illərdə həyata keçirilən sosial layihələrin davamıdır

İnsanlıq bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu təşkil edir. İnsan cəmiyyətinin yarandığı ilk gündən başlayaraq dövrümüzə qədər bu fond daim zənginləşmiş və zənginləşməkdə davam edir.

İndi insanların insanlığa və xeyirxahlığa olan ehtiyacı daha aktual məna kəsb edir. Dünyanın bir çox bölgələrinin qaynar nöqtəyə çevrildiyini, əksər ölkələrdə aclığın hökm sürməsi, insanların hüquq və haqlarının pozulması, məxsus olduqları imtiyazlardan istifadə etməkdən mərhum olunmalarını nəzərə alaraq, bəşəriyyət üçün ən zəruri islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır. İnsanlara yaxşılıq etməyə çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq insanlığın ən vacib şərtidir. Dövlətin idarəetmə mexaniziminn əsasında xeyirxahlıq prinsiplərinin olması həyata keçirdiyi sosial layihələrdə özünü biruzə verir.

Prezident İlham Əliyevin sosial siyasətinin əsasını təşkil edən Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsi insanların dövlətə olan inamını, etibarını Vətən müharibəsi dövründə xalq-dövlər-ordu birliyində vəhdət təşkil etdi. Soaial layihələrin əsas tərkib hissəsi olan şəhid ailələri, müharibə veteranlarına dövlət qayğısı Vətən müharibəsi başa çatdıqdan sonra dövlətin hər zaman qarşıya qoyduğu ən prioritet məsələdir. Bu qayğı və diqqətin daha sistemli şəkildə həyata keçirilməsi üçün vahid bir Fondun yaranması zəruri idi. Azərbaycan Respublikası prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış "YAŞAT" Fondunun öz fəaliyyətində humanitar missiyanı həyata keçirməkdə məqsədi şəhid ailələrinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən insanlara dövlət qayğısına əlavə dəstək verməkdir. Əsas fəaliyyət istiqaməti vətəndaşlara xidmət olan Fondun vəsaitinin şəhid ailələrinin və əlillik statusu alan insanların istehlak kreditlərinin və digər borclarının qarşılanması, müalicə xərclərinin ödənişi, sosial problemlərinin həlli ilə yanaşı məişət şəraitinin yaxşılaşdırılması və digər diqqət və qayğı ilə əhatə olunmasına yönəldilməsində operativliyi və şəffaflığın qorunmasıdır.

Yarandığı ilk gündən humanitar missiyan həyata keçirən "YAŞAT" Fonduna könüllü ödəmələrin bu günədək davam etdirilməsi ölkəmizdə cəmiyyət və dövlət birliyinin təcəssümü kimi milli birliyin, həmrəyliyin göstəricisidir. Vətən müharibəsinin ilk günündən etibarən bütün dünyanı heyrətə gətirən bu həmrəylik Zəfər Qələbəmizin əldə olunmasında əsas amil olaraq bu gün də dünya ictimaiyyətinin müzakirə mövzusudur.

Qısa mzaman ərzində daxil olan 24 milyon manatdan artıq vəsaitin 15 milyon manatının fiziki şəxslər tərəfindən ödənilməsi Fondun şəffaf fəaliyyəti nəticəsində insanların dövlətə icitimai etibarını artırır.

Vətən müharibəsində məqsəd təkcə torpaqlarımızı işğaldan azad etmək deyil, 30 il müddətində baxımsız qalan torpaqlarımızı dirçəltmək, Azərbaycanın dilbər guşəsi olan Qarabağımızı əvvəlkindən də gözəl bir məkana çevirmək idi. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunun yaradılması misilsiz dərəcədə irihəcmli bu layihələrin həlli istiqamətinə dövlətin strateji yanaşmasından irəli gəlir. Vətən müharibəsi dövründə hərbi əməliyyatlarla dünya hərb salnaməsinə öz adını yazdıran Azərbaycan azad olunmuş torpaqlarımızın bərpası istiqamətində də uğurlara imza atacaq. 30 il müddətində yalnız vandalizm. dağıdıcılıqla məşğul olan düşmənin işğal altında olan ərazilərimizdə törətdiyi vəhşiliklər dünya ictimaiyyətini heyrətə gətirir. Lakin bu torpaqlarımızı canından keçərək azad edən xalq ölkə başçısı İlham Əliyev və onun ideyalarına sadiqliyin davam etdirərək Qarabağımızı əvvəlkindən də dilbər bir guşəyə çevirəcək. Abadlıq və yenidənqurma layihələrinin həyata keçirilməsi məqsədilə Fonda toplanacaq məbləğ təkcə maddiyyat deyil, həm də xalqımızın Vətənə, yurda olan sevgisini nümayiş etdirmək baxımından önəmlidir. Torpaqlarımızın azad edilməsi ilə əbədi olaraq qürur hisslərinə sahibliyimizlə yanaşı, bu torpaqların inkişafı məqsədilə Fonda pul köçürən hər bir vətəndaşda bərpada pay sahibi olduğuna görə fəxr hissləri oyadacaq.

Artıq reallaşan qaz, işıq və digər enerji layihələri ilə yanaşı yol infrastrukturu sahəsində böyük işlərin görülməsi layihələrin tezliklə reallaşacağını göstərir.

30 illik işğal təkcə ərazilərimizə deyil, mülki əhaliyə də xeyli ziyan vurmuşdur. 44 günlük müharibə dövründə döyüş meydanındakı məğlubiyyətinin əvəzini mülki əhaliyə qarşı terror törətməklə çıxmağa çalışan ermənilər cəbhə xəttinə aid olmayan yaşayış məskənlərimizə raket və iriçaplı top atəşləri ilə böyük ziyan vurmuşlar. Mülki əhaliyə dəyən ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının dövlət tərəfindən həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhaliyə dövlət tərəfindən maliyyə yardımlarının ödənilməsi onların sosial ehtiyaclarının təmin edilməsinə yardım göstərəcəkdir.

Ümumilikdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına çoxşaxəli dövlət qayğısının yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsi dövlətin bu sahədə prinsipiallığını nümayiş etdirir. Dövlətin qayğısı təkcə maddi yardım və sosial problemlərin həlli ilə yekunlaşmır. Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının verilməsi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edənlərə imtiyazların verilməsi deməkdir. Dünyanın heç bir ölkəsində öz əsgərinə və müharibə veteranına qarşı dövlət tərəfindən bu cür yüksək diqqət və qayğı göstərilmir. Şəhid ailələri, müharibə əlilləri, qazilər, döyüşlərdə iştirak edən hərbi qulluqçuların diqqət və qayğı ilə əhatə olunması Azərbaycan vətəndaşının dövlətə olan inamını, sevgisini artırır

İlqam Əskərov,

YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə