Qadınların işləməsi evliliyə necə təsir edir?

Qadınların işləməsi evliliyə necə təsir edir?

Qadınların iş gücünə verdiyi töhfə çox vacibdir. Ancaq daxili məsuliyyətlər baxımından qadınlara əlavə bir yük qoya biləcək bu vəziyyətin ictimai həyat üzərində vazgeçilməz təsirləri var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ailə, cütlük və evlilik psixoloqu Naciye Tokac məsələ ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, illər keçdikcə qadınların iş həyatındakı rolu dayanmadan artır: “Başqalarının həyatında baş verənləri görmək və bunu öz həyatları ilə müqayisə etmək istəyən insan, həyatını daha yüksək keyfiyyətlə davam etdirmək istəyir. Başqalarının sahib olduqları və etdikləri şeylərə haqqı olduğunu düşünür. Bu vəziyyət ehtiyacların artmasına və gözləntilərin artmasına səbəb olur. Belə bir vəziyyətdə ailədə iş qadınının böyük rolu var”.

Psixoloq qeyd edib ki, aşağı və ya yüksək təhsil səviyyəsi olan hər kəs təşəbbüs göstərmək, gəlir əldə etmək və yaşamaq hüququna malikdir: “Lakin, qadınların iş həyatında iştirakının həyat yoldaşı ilə münasibətlərinə müxtəlif yollarla təsir etdiyini söyləmək səhv olmaz. Yaxın vaxtlara qədər ölkəmizin ənənəsində kişinin işi bir zərurət olaraq görülsə də, qadının işi zərurət kimi deyildi. Zəruri ehtiyaclarını ödəmək üçün maddi gəlir baxımından kifayət qədər gəlir əldə edə bilməyən ailədə, qadın maddi baxımdan yoldaşından dəstək almalı olur”.

Məsuliyyətləri birtərəfli gözləmək mübahisələrə səbəb olur: “Qadının işləməsinin ailə həyatına təsirlərindən biri də qadınların kişilərlə eyni iş saatları içində çalışmasına baxmayaraq, onların həmçinin, uşaq və ev işləri ilə məşğul olmasıdır. Bənzər vaxtlarda evinə gələn kişi və qadın vəzifələrini bölüşmürlərsə, bu hal mübahisələrə səbəb olur. Bu vəziyyətdən qaçmağın yolu anlaşma və cütlərin bir-birlərinə dəstək olmasıdır”.

“Qadınların iş həyatına qatılmaları onların ictimai həyatlarını da yaxşılaşdırır. Bununla, mühitinin inkişaf etdiyini, fərqli mədəniyyətlərdən və fərqli sosial statuslardan olan insanlarla tanış olma fürsəti tapdıqlarını görürük”.

Özünə hörmət və güvəni artır

Psixoloq son olaraq onu da qeyd edib ki, bir qadının həyatında iş həyatının dəyişdiyi ən vacib vəziyyətlərdən biri, qadının hörməti ilə özünə inamının artmasıdır: “İstədiyinə bəli, istəmədiyi şeyə yox demək ər-arvad arasında münaqişəyə səbəb ola bilər. Nə olursa olsun, qadınların iş həyatının ər-arvad münasibətlərinə təsir etdiyini görürük. Bununla birlikdə, yaxşı bir ünsiyyət, həyat yoldaşlarını başa düşmək və həyatın çətinlikləri barədə bir-birlərinə verdikləri vədləri unutmamaq, problemlərin öhdəsindən gəlmələrinə kömək edəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə