“Səs” qəzetinin keçmiş baş redaktoru Ağabəy Əsgərovun anası Qönçə xanım vəfat edib. Qəzetimizin 30 illik tarixi boyunca ilk nömrəsindən etibarən hər nüsxəsini oxuyan, bütün nömrələri şəxsi arxivində əbədiləşdirən Qönçə xanım daim “Səs” qəzetinin redaksiya heyəti ilə sıx əlaqə saxlayıb, Ulu Öndər Heydər Əliyev irsini və ideologiyasını yaşadan tarixi mətbu orqana öz sədaqətini nümayiş etdirib.
Qönçə xanım həm də əsl azərbaycanlı ziyalısı, anası kimi şərəfli ömür sürməklə gənc nəsillərə örnək kimi tanınıb.
“Səs” Media Qrupunun kollektivi, başda media qrupun baş redaktoru Bəhruz Quliyev olmaqla mərhumun ailəsinə səbr diləyir, dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB