Araşdırmalara görə, bu problemli münasibət digərlərindən çox fərqlidir. Güzəşt və sülhdən uzaqdır. Qaynana probleminə tez-tez rast gəlinsə də, bu adət-ənənəyə yüksək dəyər verilən ölkələrdə daha qabarıq özünü göstərir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, psixiatr Rıdvan Üney mövzu ilə bağlı məlumat verib:
1. Ana-oğul münasibətləri
Bizim kimi patriarxal cəmiyyətlərdə oğlan övladı sahibi olmaq qadın üçün güc deməkdir. Təbii ki, qadın, qayınana, bu gücü itirmək və ya paylaşmaq istəmir. Burada ən böyük rəqib gəlindir və bu səbəbdən gəlinlə münaqişə başlayır.
2. Həddindən artıq qoruyucu ana
Həddindən artıq qoruyucu bir ana, övladına zərər verəcəyindən narahat olduğu üçün oğlunu qorumaq üçün gəlinlə savaşır.
3. Ər və ya arvadda yetkinliyin olmaması
Yetkin münasibət inkişaf etdirməyən insanlardan ailə münasibətlərini davam etdirmələrini gözləmək olmaz. Bu, gəlin və qayınana problemi üçün zəmin hazırlayır.
4. Birlikdə yaşamaq
Gəlin iqtisadi şərtlər, xəstəlik və ya cəmiyyətin gözləntiləri səbəbi ilə eyni evdə olduqda bu problemin qarşısını almaq çox çətindir. Gəlin və qaynana nə qədər anlayışlı olsalar da, birlikdə yaşadıqda problemlər qaçınılmazdır.
5. Gəlini tənqid etmək
Ər-arvad münasibətlərində ana davamlı olaraq gəlinin oğluna münasibətinə görə oğluna haqq qazandıraraq mübahisələrə səbəb olursa bu heç yaxşı hal deyil.
6. Xidmət gözləməsi
Evli cütlüklə birlikdə yaşayan ifrat qayınana, davamlı və şişirdilmiş şəkildə gəlindən xidmət gözləmək, edilənləri bəyənməmək kimi problemlər yaradır. Beləliklə münasibət həll olunmaz hala gəlir.
7. Təcrübəsizlik
Evliliyin ilk mərhələlərində, sıx ailə yığıncaqları, gəlinin evinə gəlmək və onlara "yox" deyə bilməmək də gələcək problemin müjdəçisidir. Kifayət qədər təcrübəsi olmayan, yeni evlənmiş cütlük ailə olmağın ilk qaydası, ailənin məxfiliyinin olduğunu bilmir.
8. Kişinin məsuliyyətsizliyi
Kişinin həyat yoldaşına məhəl qoymaması və ya onu görməməzlikdən gəlməsi də gəlin-qaynana probleminə səbəb olur. Bu problemi görən kişinin heçnə olmamış kimi davranması problemi daha da dərinləşdirə bilər.
9. Dəyişən münasibət
Zaman keçdikcə münasibətlərdə fərqlər yaranır. Qaynanalığı öz qaynanasından öyrənən qayınana ilə çox problemlər yaşanır.
10. Oğul və ya ər?
Problemlərin həlli əsnasında həyat yoldaşları ilə qarşıdurma yaşayan bir çox kişi, onu hər yolla qəbul edən və münaqişə etməyən təkcə anasına haqq qazandırmağa başlayırsa, problem daha da ağırlaşır.
11. Uşaq baxımı
İşləyən qadınları uşaq baxımı üçün qaynanadan kömək alır. Bununla da gəlinlə daha çox ziddiyyət yaranır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB