Bu gün neçə nəfər koronavirusa qarşı vaksinasiya olunub?

Azərbaycan Respublikasında aprelin 11-də daha 23 min 538 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 956, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4 min 582 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 117 min 87-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 758 min 275, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 418 min 812 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə