Balakən rayonunda “Vətəni Tanı” ümumrespublika kampaniyası keçirilib

Balakən rayonunda “Vətəni Tanı” ümumrespublika kampaniyası keçirilib

Bu gün Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Balakən rayonunda "Vətəni Tanı" ümumrespublika kampaniyası öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvü Heydər Atayev, Balakən rayon təhsil şöbəsinin müdiri Mahir Dibirov və başqa rəsmi şəxslərdə iştirak edib. Tədbirdə 186 şagirddən 101 xəritəni kağız xəritə üzərində 85 şagird isə kompyuterlə yığıblar.

Tədbirdə ARGTMŞ-nın nümayəndəsi Heydər Atayev çixiş edərək kampaniya haqqında məlumat verdi: "Ümumrespublika kompaniyası 14-18 yaşlı gənclər arasında bütün respublikada keçirilir. Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilmişdir. 74 regional turlarında keçiriləcək hər bir rayondan 2 nəfər təmsilçi seçiləcək. Bakı şəhərindəndə cəmi iki şagird seçiləcək. Kampaniyanın məqsədi prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud, güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı və ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır".

Kampaniya tam yekunlaşmasada bəzi şagirdlər öz yoldaşlarını vaxt baxımından xeyli geri qoya biliblər. Belə ki, 10 dəqiqə vaxt ayrılmasına baxmayaraq Kamallı Humay daha fəal olub. Balakən Liseyinin 9-cu texniki sinfinin şagirdi keçməcə ilə düzəldilmiş xəritəni 5 dəqiqə 14 saniyəyə yığa bilib. Nizami adına 1 saylı məktəbin şagirdi İbrahim Rəhimli isə komputerlə xəritəni 2 dəqiqə 29 saniyəyə yığaraq yoldaşlarından fərqlənib.

Tədbirdə coğrafiya və kompyuter müəllimləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə