Ombudsman peyvənd olundu - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün COVID-19 əleyhinə peyvənd olunub. Bu barədə SİA-ya Ombudsman Aparatından məlumat verilib.

S.Əliyeva hər kəsi vaksinasiya prosesinə qoşulmağa çağırıb.

Qeyd olunub ki, COVID-19 əleyhinə peyvənd bu infeksiyaya yoluxma hallarının qarşısının alınması və əhalinin, sağlamlığının qorunması məqsədinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə