Vaksinasiyadan keçənlərin SAYI açıqlandı

Vaksinasiyadan keçənlərin SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 nəfərə vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə