Gəncədə yeni inşa olunan binaların yoxlanılmasına başlanılıb

Gəncədə yeni inşa olunan binaların yoxlanılmasına başlanılıb

Gəncə şəhərində inşa edilən yeni binaların monitorinqi aparılır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Məlumata əsasən yoxlamalar göstərib ki, tikilən təxminən 24-dən artıq yeni binadan heç biri qeydiyyata alınmayıb. Vəziyyət ciddi olduğundan yeni komissiyanın yaradılması nəzərdə tutulur.

Söhbət Fövqəladə Hallar Nazirliyinin, Kommunal Birliyin, Gigiyena və Epidemiologiya Mərkəzinin və digər qurumların rəsmilərindən ibarət olacaq. İstismara Qəbul Dövlət Komissiyasından gedir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə