YAP Quba rayon təşkilatı bu istiqamətdə görüşlərini davam etdirir
YAP Quba rayon təşkilatı tərəfindən" Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlər davam etdirilir. Belə ki, 09 aprel 2021-ci il tarixdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və aparatın işçiləri Quba rayonu Gültəpə kəndindən olan şəhid İsayev Ceyhun Rüstəm oğlunun ailəsini ziyarət ediblər.
Şəhidimizin atası Rüstəm İsayev oğlunun Vətən müharibəsi zamanı göstərdiyi şücaətdən danışıb. O, bildirib ki, oğlu Ceyhun İsayev vətənpərvərlik hissi ilə böyüyüb, könüllü olaraq hərbi xidmətə yola düşüb. Şəhidimiz oktyabr ayının 26-si Füzulinin Aybasanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra oğlum “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” mədalları ilə təltif olunub.
YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçiblər. Şəhidlik zirvəsinə ucalıblar.
Sədr qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri,övladları da bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpağlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları- şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir.
Şəhid atası oğlunun adının əbədiləşdirilməsi məqdədilə Gültəpə kənd tam orta məktəbinə şəhidin adının verilməsini xahiş edib. Şəhidin atasının xahişinin aidiyyatı üzrə qurumlara çatdıracaqları bildirilib.
Daha sonra YAP Quba rayon təşkilatının sədri Yusif Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini qeyd edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nəzakət Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB