Cəbi Bəhrəmov: “Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi artıq təmin olunub” - MÜNASİBƏT

Cəbi Bəhrəmov: “Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi artıq təmin olunub” - MÜNASİBƏT

"1918-ci ildə Şimali Azərbaycan torpaqlarında istiqlaliyyətin elan edilməsi bizim milli dövlətçiliyimizin bərpası idi. Çünki dövlətçiliyimiizn əsası ən azı 4 min illik bir dövrü əhatə edir. Bu ərazidə qədim dövrlərdən cümhuriyyətə qədər Azərbaycan dövlətləri olub. Manna, Atropatena, Şimali Azərbaycanda Albaniya, Ərəb xilafəti süqut edəndən sonra yaranan Sacilər, Salarilər, Şəddadilər və Şirvanşahlar Azərbaycan əraszində təşəkkül tapıb. Atabəylər, Ağqoyunlular, Qaraqoyunlar və dünya tarixində xüsusi yer tutuan Səfəvilərin imperiyaya çevrilməsi Azərbaycan milli dövlətçiliyinin bilavasitə tətbiqidir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Tarix İnstitunun direktor müavini Cəbi Bəhrənov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə münasibət bildirərkən deyib. O bidlirib ki, 1918-ci ilin mayın 28-də Şimali Azərbaycan torpaqlarında cümhuriyyətin elan edilməsi tarixi varisliyin bir növ bərpasıdır. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan nefti diqqət mərkəzində olduğu üçün beynəlxalq münasibətlər tamam başqa bir səviyyədə idi.

XXI əsrin ikinci yarısı-XX əsrdə beynəlxalq münasibətlərdə enerji mənbəyi kimi neftə diqqət yetirildiyini deyən C.Bəhrənov bildirib ki, neft, o cümlədən Bakı nefti 160 ilə yaxın bir dövr ərzində beynəlxalq münasibətlərdə həlledici amil olub.

"1918-20-ci illərdə millət olaraq dövlətçiliyimiz bərpa edəndən sonra onu istəməyənlər daha çox idi, nəinki istəyənlər. Daxili, beynəlxalq amillər onun uzun müddət yaşamasına imkan vermədi. Qısa zamandan sonra düşmənlər tərəfindən yenidən işğal olundu və bu, 1991-ci ilə qədər davam etdi. 1998-ci ildə ümummilli lider Heydər Əliyev cümhuriyyətin elan olunmasının 80 illik yubileyi münasibətilə xüsusi bir fərman imzalamışdı və bu fərmanın hadisələrin tarixinin öyrənilməsi, araşdırılması ilə bağlı çox böyük əhəmiyəti vardır. Cari il artıq bu mütəqilliyimizin 20 ilini qeyd edəcəyik və bununla bağlı prezident İlham Əliyevin xüsusi sərəncamı var. Amma məsələ bundadır ki, 20-ci illərdə baş verən hadisələr bir növ bu gün də təkrar olunur. Burada əsas məsələdə də Azərbaycan neftidir. Amma bizim taleyimizə düşən xoşbəxtlik ondan ibarətdir ki, Heydər Əliyev kimi dünya şöhrətli, böyük dövlətçilik təcrübəsi olan, ən başlıcası isə böyük bir məhəbbətlə öz vətənini sevən ümummilli liderimizin var idi. O, həmin düşmən qüvvələrin Azərbaycanla bağlı bütün çirkin niyyətlərinin reallaşmasına imkan vermədi. O proses, yəni Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi artıq təmin olunub və bu, çox güclü sürətdə həyata keçirilib. Bu ənənələr həyat, Azərbaycan dövləti olduqca, bu tarix bizim yaddaşımızda qalacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə