2-ci qrup əlil müddətsiz əlillik ala biləcəkmi? - ARAŞDIRMA

2-ci qrup əlil müddətsiz əlillik ala biləcəkmi? - ARAŞDIRMA

Bu günlərdə redaksiyamıza Şabran rayon Qorğan kəndində yaşayan 1998-ci ildən 2-qrup əlil Güləliyev Mətpaşa Camal oğlu tərəfindən müddətsiz əlillik dərəcəsi almaqla bağlı şikayət ərizəsi daxil olub. Ərizədə bildirilib ki, Güləliyev Mətpaşa nevroloji xəstəlikdən əziyyət çəkdiyinə görə 1990-cı ildən 2-ci qrup əlildir.

"Müddətsiz əlillik dərəcəsi almaq üçün 12 saylı Zona Sosial Ekspert Komissiyasına müraciət etmişəm. Baxmayaraq ki, 12 saylı ZTSEK tərəfindən mənə 12 il ərzində 2-ci qrup əlillik dərəcəsi verilib, iki ildir ki, ömürlük əlillik dərəcəsi almaq istəsəm də mənə komissiya tərəfindən bu məqsədlə heç bir köməklik olunmur, heç bir qanuni tədbir görülmür. Xəstəliyimi nəzərə alaraq qanuna əsasən mənə düşən müddətsiz 2-ci qrup əlillik dərəcəsinin verilməsində köməklik edəsiniz"- deyə ərizədə qeyd edilib.

SİA olaraq bizdə bu məsələni aydınlaşdırmaq üçün müvafiq qurumlarla əlaqə saxladıq.

İlk növbədə əlaqə saxladığımız orqan Səhiyyə Nazirliyi oldu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məsələyə münasibət bildirərkən şikayətçiyə müddətsiz əlillik dərəcəsi almaqda çətinlik yaradanların qarşısı alınacaq. Onun sözlərinə görə, hər hansı bir qərar verilməzdən qabaq məsələ lazımi səviyyədə araşdırılmalıdır.

İlk növbədə şikayətçi Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etməlidir. Araşdırıldıqdan sonra məsələ Əmək və Əhalinin Sosial Müafiə Nazirliyinin bu işlə məğul olan komissiyasına təqdim edilir və müddətisiz əlillik dərəcəsi yalnız həmin komissiya tərəfindən müəyyənləşdirilir. Lakin qanun çərçivəsində bir neçə dəfə bir qrupdan pensiya alan şəxsə müddətsiz əllilik dərəcəsinin verilməsi mümkündür. Lakin Səhiyyə Nazirliyi tərəfindən bu işin tam araşdırılması üçün bizə məlumatlar dəqiq şəkildə daxil olmalı, həkimlər tərəfindən xəstə tam müayinə olunduqdan sonra məsələ ilə bağlı hər hansı bir addım atıla bilər. Əgər ortada hər hansı bir marağın olduğu sübut olunarsa, o zaman həmin şəxs mütləq şəkildə cəzalandırılmalıdır", - deyə Nazirliyin sözçüsü qeyd edib.

Daha sonra məsələ ilə bağlı iqtisadçı Aydın Hüseynovla əlaqə saxladıq. O bildirib ki, əlillər elə bir kateqoriyaya daxildirlər ki, onlar hər zaman mənəvi diqqət, qayğıya ehtiyac duyurlar. Onun sözlərinə görə, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün onlarla sərəncam imzalayıb, qərarlar verib. Bütün buna rəğmən əlillərin hüquqları qanunla qorunur ki, həmin qanunda əlillərin sosial müdafiəsi ilə bağlı bütün məsələlər öz əksini tapıb.

"Belə olan halda heç kəsin qanunu pozmağa ixtiyarı yoxdur. Hər bir rəsmi və ya adi şəxs öz vəzifəsini yerinə yetirərkən qanunları, əsasnamələri əsas tutmalıdır.

Bu məsələdə həmçinin əgər şikayətçinin probleminin həllinə qanun yol verirsə o zaman buna mane olanlar mütləq şəkildə araşdırılmalı, lazımi cəza verilməlidir. Əgər qanun müəyyən müddət ərzində bir qrupdan pensiya alan şəxsə müddətsiz əlillik dərəcəsi verilməsinə imkan verisə, o zaman heç kim buna mane ola bilməz. Sadəcə olaraq məsələ ilə bağlı müvafiq qurumlara müraciət etməli, həmin qurumlar da məsələ ilə ciddi məşğul olamlıdırlar".

Araşdırmamıızın davamında bu işlə bir başa məşğul olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sözçüsü Asəf Əliyevlə əlaqə saxladıq. O bildirib ki, Nazirlik bu məsələ ilə bağlı mövqe bildirməmişdən qabaq məsələni araşdırmalıdır. Onun sözlərinə görə, Nazirlik yalnız məsələni tam araşdırdıqdan sonra məsələ ilə bağlı hər hansı bir mövqe bildirə bilər. Bundan əlavə Nazirlik sözçüsü məsələ ilə bağlı tam mövqelərini sabah bildirəcəyini də vurğulayıb.

Ümid edirik ki, məsələ tezliklə həll olunacaq və biz də öz növbəmizdə redaksiya daxil olan şikayətlərdən birini həll etməkdə yardımçı olmuş olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə