Ürək sağlamlığı üçün necə qidalanmalıyıq? HƏKİM AÇIQLADI

Ürək sağlamlığı üçün necə qidalanmalıyıq? HƏKİM AÇIQLADI

Ürək-damar cərrahiyyəsi mütəxəssisi, həkim Recep Tüten, qidalanma, yuxusuzluq və oturaq həyat kimi faktorların ürək-damar xəstəliklərinin ən əhəmiyyətli səbəblərindən biri olduğunu bildirib. Bəs ürək sağlamlığı üçün nə yeməli, necə qidalanmalıyıq? SİA-nın Türkiyə mətbuata istinadən verdiyi məlumatda o, məsələ ilə bağlı ətraflı danışılıb.

Kritik hallarda əməliyyat olmalıdır

Recep Tütenin sözlərinə görə, ürək-damar xəstəlikləri bütün bədəni narahat edir və böyrək, əzələ xəstəliyinə, damarlarda problemə səbəb olur: "Ürək-damar xəstəliklərindən bəhs edildikdə bütün orqanizmdəki ortaq orqanların funksiyaları başa düşülməlidir. Bəzi xəstəliklər var ki, müalicə olunmur, bəziləri isə dərmanla müalicə edilə bilər, cərrahiyyə isə daha ciddi və inkişaf etmiş hadisələrdə olur".

Orqanlara zərər verir

Həkim qeyd edib ki, genetika ilə yanaşı damar xəstəliklərində həyat tərzinin də rolu var: "Məsələn, piylənmədə bədənin yağlandığını görürsünüz və beləliklə, bütün damarlarda yağ yığımı yaranır. Damarın quruluşuna mənfi təsir edir və nəticədə, orqanlarda narahatlıq meydana gəlməyə başlayır".

Ürəyə ən çox zərəri siqaret verir

"Siqaret ürək-damar sağlamlığında ən ciddi mənfi amillərdən biridir. Bütün bədənə və hüceyrələrə mənfi təsir edən siqaret, damarlara da mənfi təsir göstərir. Bunun xaricində hər gün alkoqol içmək, yağlı qəlyanaltılar və alkoqoldan sonra fiziki hərəkətlərin azaldılması, yatmaq da zərərin dərəcəsini artıran amillərdir".

Ürək sağlamlığı üçün necə qidalanmalıyıq?

Həkim onu da əlavə edib ki, ürək-damar xəstəliklərindən qorunmaq üçün bioritmimizə uyğun qidalanmalıyıq: "İnsan qidaları növbə ilə istehlak etməlidir. Əks təqdirdə, yalnız xəmir və ət məhsulları ilə qidalanma düzgün deyil. Çox yemək böyük problemdir, az yeməyə öyrəşməli və acmadan yeməməlisiniz. Çox yağlı qidalardan da çəkinməliyik".

Yuxu ürək sağlamlığı üçün çox vacibdir

Tüten son olaraq da deyib ki, bu gün ən çox əskik olan şeylərdən birinin bədənin istirahətidir: "Yuxu ürək-damar sistemində olduğu kimi, bütün hüceyrə səviyyəsində çox vacibdir.Yuxu immunitet sisteminizi gücləndirmək üçün lazımdır. Fiziki cəhətdən də aktiv olmaq lazımdır, ağır və oturaq bir həyat sağlam həyat tərzi hesab olunmur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə