İş elanlarını açıb oxuduqda bu cümləni görüb məyus oluruq MARAQLI FAKTLAR
Dəfələrlə iş elanlarını açıb oxuduqda bu cümləni görüb məyus oluruq: "qadın işçi axtarılır" və ya "kişi işçi axtarılır". Bəs, qanunvericilik bu cinsi ayrıseçkiliklə bağlı hansı fikirdədir? SİA olaraq məsələyə aydınlıq gətirdik.
"Gender bərabərliyinin təminatları haqqında" adlı bir qanunumuz var ki, bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaq və gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Qısacası, kişi və qadınların hüquqları bərabərdir. Bu qanuna görə, işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna icazə verilmir. Yalnız, bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsi yalnışdır. Lakin, bəzi işlər var ki, Əmək məcəlləsi ilə o işlərdə qadınların işləməsi qadağandır. Yalnız, həmin işlər üçün elan verilərkən "kişi işçi axtarılır" yazıla bilər.
Məsələ ilə bağlı sosioloq Azər Həsrət də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu hallara yol vermək ayrıseçkilikdir: "Konkret hallar istisna olmaqla, hər hansı iş üçün qadın və ya kişi ayrı seçkiliyi tətbiq edilməməlidir. Bildiyimizə görə marketlərdə elə iş yoxdur ki, məhz qadın və ya kişi tələb etsin. Çünki, ticarətdə işçinin qadın və ya kişi olmasının rolu olmamalıdır. Bu həm qanunvericiliyin pozulmasıdır, həm də etik deyil. İşçi işçidir. Onun cinsi həlledici deyil. Lakin, elə sahələr var ki, ora məhz kişi və ya qadın işçi lazımdır. Məsələn, orduya qadınların getməsi nə dərəcədə doğrudur? Əsgəri xidmət güc tələb edir. Qadın isə, incə varlıqdır. Onlara ağır işlər rəva bilinmir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB