...Bildirək ki, əsl qalmaqal Dubayın kurort ərazisindəki hündürmərtəbəli binanın eyvanında çılpaq qızlarla sızan bir videodan sonra alovlandı. Təbii ki, şəriət qanunlarının qüvvədə olduğu bir ölkədə belə bir hal təsirsiz ötüşmədi. Qeyd edək ki, çəkilişdə iştirak edənlərin hamısı artıq həbs olunub.
SİA bu barədə xarici mətbuata istinad edir.
Beləliklə, əldə edilən məlumata görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki göydələnin eyvanında çılpaq şəkil cəkdirən 11 ukraynalı qadın artıq nəzarətə götürülüblər. Verilən məlumata görə, onları beş min dirhəm (təxminən 38 min qrivna) cərimə və altı ay həbs cəzası gözləyir.
Çəkilişin təşkilatçısı olan fotoqrafı isə il yarım həbs və 14000 dollar cərimə ilə üzləşəcəyi bildirilir. Qeyd edək ki, bu, rusiyalı bir “iş adamı”dır(?).
Maraqlıdır ki, çılpaq qızlarla bağlı qalmaqal artıq Qərb mediasının səhifələrində də rezonans doğurub. Yəni vəziyyət o həddə çatıb ki, Ukraynanın Birləşmiş Ərəb Əmirliyindəki səfiri artıq yaşananlara münasibət bildirmək məcburiyyətində qalıb. Məsələ bundadır ki, ukraynalı qızların Dubaya heç bir fotosessiyada iştirak etmək üçün gəlmədiyi meydana çıxıb. Nə gizlətməli, pandemiya dövründə Birləşmiş Ərəb Əmirliyi “intim” qazanc üçün ukraynalı qızların getdikləri yeganə ölkəyə çevrilməyə başlayıb.
Yenə də qeyd edək ki, küçədə öpüşməyin belə qadağan edildiyi bir ölkədən çılpaq qadınların fotolarının yayılması “müsəlman ölkəsində” şok effekt yaradıb. Hətta məsələ o yerə çatıb ki, Ukrayna Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Oleq Nikolenko da məsələyə müdaxilə edib. Onun sözlərinə görə, Dubaydakı Ukrayna konsulluğu ukraynalı qadınlarının hüquqlarına riayət olunmasını təmin etmək üçün yerli hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərməyə başlayıb.
Təbii ki, Ukraynanın müxtəlif bölgələrindən, əsasən 19-20 yaşlı qızların Birləşmiş Ərəb Əmirliyinə gəlməyin əsl məqsədini yaxınlarından gizlətdikləri də aydındır. Bildirək ki, həbs edilən “rus iş adamı” kimi təqdim edilən fotoqrafın dediyinə görə, yerli varlılardan birinin təşkil etdiyi “bu tədbirdə” 11 ukraynalı qadından əlavə, Belarusiya və Rusiyadan gələn qızlar da olub.
Maraqlıdır ki, rus mediası çəkilən çılpaq qadın fotolarının yerli ərəb “şeyx”lərindən birinin sifarişi olduğunu iddia edir. Bundan əlavə, onun hər bir qız üçün 1-1,5 min dollar ödədiyini bildirir.
Yeri gəlmışkən bildirək ki, mütəxəssislər, Birləşmiş Ərəb Əmirliyinin son zamanlar Slavyan görünüşlü qızlar üçün “əsl məkana” çevrildiyini də bildirirlər.
Çünki hazırda Türkiyəyə getməyin mənası yoxdur. Klublar işləmir, Livanda sərhədlər hələ bağlanmasa da, ancaq klublar bağlanıb. Asiyada da hamısı kilidlidir. Qalır bir Dubay. Bu şəhər elə bil planetdən tədric olub. Şəhərədə hətta klublar da işləyir.
...Bunlar hamısı öz yerində, ... ehtiyacın üzü qara olsun.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB