SİA Etika Akademiyasının rəhbəri Günel İbrahimin müsahibəsini təqdim edir:
- Ümumiyyətlə sizin Akademiyanın yaradılmasında başlıca məqsəd nə idi. Akademiya nəyə və kimlərə xidmət edir?
- Etika yüksək standartları, fəlsəfi nöqteyi-nəzərdən aşılayan bir mərkəzdir. Etiket ayrı şeydir, etika isə tamam ayrı. Bildiyimiz kimi, etika fəlsəfənin bir qoludur. Etiket isə onun texniki tərəfləridir. Mütləq texniki tərəfləri öyrətməklə bərabər, insanın daxili dəyərlərini də keçməsini təmin edən metodlara sahibik. Nəsirəddin Tusinin "Əxlaqi nasiri"ndə çox gözəl bir sözü var. “Nə vaxtsa, gələcəkdə əxlaqla məşğul olan peşə ən yüksək peşələrdən biri olacaq. Alçaq dəyərlərdən yüksək dəyərlərə aparan peşələrin ən gözəli etika olacaq”. Nəsirəddin Tusi bu peşənin nə qədər vacib olduğunu öz zamanında bildirmişdir. Mən düşünürəm ki, çox fəxr edilən bir peşəyə sahibəm. Mənim 2 təhsilim var. Birinci ixtisasım hüquqşünasdır, ikinci ixtisasım isə insan resurslarının idarə edilməsidir. Bu biliklərin hamısı mənə özünü ifadə edə bilmək qabiliyyətinin nə qədər önəmli olduğunu gətirib çıxardıb. Ola bilər ki, siz böyük biliyə sahib deyilsiniz, amma yüksək mədəniyyətə sahibsiniz. Ola bilər ki, siz bacarıqlısınız amma o qədər özünüzü səhv ifadə edirsiniz ki, nə pul qazana bilirsiniz, nə də uğur əldə edə bilirsiniz. Biz insanlara özünü doğru ifadə edə bilməyi və qarşısındakı insanı qırmadan öz fikrində qalmağı öyrətməyi bacarırıq. İnsan narazı ola bilər, tənqid edə bilər və etməlidir də. Amma onu doğru etməyəndə qarşısındakı insanın hüquqlarının tapdalanmasına gətirib çıxardır. Düşünürəm ki, ailədən başlasaq, ana-ata münasibətlərindən bizim üçün nə qədər dəyərli olduqlarını bir-birinə can deyib, can eşidən valideynlərin böyütdüyü uşaqların psixologiyası tam fərqlidir. Amma problemli ailələrin uşaqlarında psixologiya yaralı olur. Şəxsiyyətin formalaşmasında heç bir təsiri olmur. Amma yaddaşlarda mənfi uşaqlıq qalır. Ona görə də istər tərif verin, istər kompliment edin, istər danlayın, narazılıq edin. Bunu etik çərçivədə edəndə qarşı tərəf etdiyi əmələ peşman olur, səhvini düzəldir amma sizə nifrət etmir.
- Akademiyanın imkanları nələrdən ibarətdir? Bura qatılan gənclər üçün hansı perspektivdən söhbət gedə bilər?
-İlk olaraq gənclər üçün daxili bacarıqlar deyilən vacib bir məqam var. İnsan biliyə sahib ola bilər amma bacarığa deyil. Bacarıq çox önəmlidir. Bilik diplomla təsdiqlənir və iki ildən sonra bəlkə də qüvvədən düşür. Çünki bilik bilirsiniz ki, hər 3 dəqiqədən bir təzələnir. Potentlər əldə olunur, ixtiralar kəşf edilir və s. Lakin bacarıq onu mənimsəmək qabiliyyətidir. Bacarıqların içərisinə biz saya bilərik natiqliyi, asan öyrənmə, dərin hafizə, liderlik, təşkilatçılıq və s. Bunların hamısını toplasaq, bu bacarıqlar bizi uğura aparır. Biz gənclərimizə bu gün yüksək standartları, geyimi, qaməti, nitq mədəniyyətini, iş dünyasında necə davranmaqlarını öyrədirik. Bunların hamısını biləndə insan özünü rahat ifadə edir və bacarığı ortaya çıxır. Bizə müraciət edən gənclərin əksəriyyəti natiqliyə görə gəlir. Sözün düzü nitqə çox önəm verirlər və düşünürlər ki, beynində olan ideyanı, məhsulu bazara satışa çıxarmaq üçün onlar mütləq inandırmaq qabiliyyətinə sahib olmalıdırlar. İnandırmağın da ən gözəl sehri nitqdir.
- Akademiyaya üzv olmaq qatılmaq necədir? Buraya hansı kateqoriyadan olan gənclər qatıla bilərlər?
- Bizim Akademiyaya 4 yaşından başlayaraq insanlar gəlib təhsil ala bilərlər. Qeyd edim ki, bizim ən yaşlı tələbəmiz 64 yaşında idi. Bizdə yaşla bağlı heç bir limit yoxdur. Bizdə 4-5 yaşındakı uşaqlara masaarxası davranış qaydaları, ata və anaya münasibət, yoldaşları ilə dostluq münasibətlərinin qurulması və s. təlimlər keçirilir. Qeyd edim ki, Bakı şəhər Təhsil İdarəsi ilə birgə fəaliyyət müqaviləmiz var. Pandemiyadan öncə dərnəklərimiz var idi. Dərnəklərimizə yüzlərlə məktəbli şagird qoşulmuşdu. 3 aylıq proqramda onlar nitq mədəniyyətini salamlaşma, sağollaşma qonaqlıqda davranış qaydaları, təhlükəsizlik, dostluq anlayışlarını öyrənmişdilər. Daha çox müəllimlər bizə müraciət edirlər. Biz onlara yeni aşılama metodları, təhsil mexanizmlərini öyrədirik. Buna görə də daha üst iş dünyası bizə çox müraciət edir. Şirkətlər öz əməkdaşlarının motivasiyasını, mədəni davranışlarını yüksək standartlara gətirib çıxartmaqdan ötrü müraciət edirlər. Bizdə konfidensal təlimlər var. Elə şəxslər var ki, konfidensallıq tələb edirlər. Onlar üçün də xüsusi proqramlar var. Ən çox müraciət edilənlər bizə natiqlikdir.
- Akademiyanın nəzdində gələcəyə dair hansısa planlar var?
- Birincisi bizdə daxili bacarıqların inkişafından əlavə də Britaniya krallığına məxsus sertifikatlaşdırma var. Bizim partnyorlarımız Britaniya krallığına məxsus inistut və universitetlərdir. Birbaşa kraliçanın xalası oğlu Zati-ailələri Maykl Kentin imzası ilə olan ixtisaslar verə bilirik. Məsələn idarəetmə üzrə ixtisaslar, insan resurslarının idarə edilməsi ilə bağlı ixtisaslar və s. 2 ay yarım 3 aya Azərbaycan dili ilə təhsil alma imkanı var. Biz buna nail olmaqdan ötrü təbii ki, bir çox partnyorlarla işlədik və xaricdə idarəetmə biliklərini öz doğma dilimizdə əldə edərək, beynəlxalq standartlara uyğun diplom və sertifikatlara nail olduq. Hər şeyi bir qırağa qoysaq, ən əsası insana hüzur veririk. Bir insan gəlib əgər özünü rahat ifadə etməyi öyrənibsə, daxildəki gərginliyi narazılığı gözəl ideyanı ifadə edə bilir.
- Akademiyaya qəbul üçün ödənişi nə qədərdir?
- Ödənişli təlimlərimiz 15 manatdan 1500 manata qədərdir. Ən bahalı təlimimiz britaniya təhsilidir. Amma 15 manata aylıq etiket daxildir. uşaqlar üçün etiketdir. Müəllimlər üçün 20-25 manata gözəl proqramlar veririk. Aşılama metodları təqdim edirik. Təbii ki, əvvəldən yaranandan gündən yəni 6 ildir ki, biz Qarabağ şəhid ailə üzvlərinə, qazilərimizə təmənnasız xidmət göstəririk.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB