Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) gücləndirilmiş iş rejiminə keçib. SİA-nın bölgə müxbiri xəbər verir ki, qurum şəhərdə avtobus dayanacaqlarında satılan qida məhsullarının yoxlanılmasına başlayıb. Reydlər zamanı hələ də sanitar norma və tələblərə cavab verməyən şəraitdə peraşki, hamburger, dönər və digər qida məhsullarının satıldığı aşkar edilib.
Bununla yanaşı, qablaşdırılan eyni zamanda mənşəyi məlum olmayan şəraitdə hazırlanan qazlı su satışının da aparıldığı təsdiqlənib. Daha öncə həyata keçirilən tədbirlər planı nəticə vermədiyindən Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi növbəti dəfə reydlərə start verib.
Qurumun müdir müavini Hüriyyət İsmayılova SİA-ya bildirib ki, qanunsuz antisanitar vəziyyətdə satılan məhsullar müsadirə olunacaq. Obyekt sahiblərinə isə sonuncu dəfə xəbərdarlıq ediləcək.
Rəsmi məlumata görə, Gəncədə 22 avtobus dayanacağı var. Demək olar ki, onların əksəriyyəti bu şəkildə fəaliyyət göstərir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB