Tibbi sosial ekseprt komissiyalarına və sosial-təminat şöbələrinə ictimai nəzarət olunacaq

Tibbi sosial ekseprt komissiyalarına və sosial-təminat şöbələrinə ictimai nəzarət olunacaq
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu (BƏDF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tibbi sosial ekseprt komissiyalarına və sosial-təminat şöbələrinə ictimai nəzarət" layihəsinin həyata keçirir. BƏDF-nun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının (SİNK) sədri Sərraf Orucovun SİA-ya verdiyi xəbərə görə, layihənin əsas məqsədi səhiyyə müəssisələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Mərkəzinin rayon şöbələrində və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində "Ünvanlı dövlət sosial yardım haqqında" və "Sosial müavinətlər haqqında" qanunların aidiyyəti orqanlar tərəfindən icra olunmasına və aztəminatlı ailələrin tibbi-sosial məsələləri ilə bağlı yaranan problemlərin həllinə köməklik göstərərək şəffaflığın təmin olunması üçün ictimai nəzarəti gücləndirməkdir.


QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə BƏDF-nun və SİNK-nın birgə həyata keçirdiyi "Tibbi sosial ekseprt komissiyalarına və sosial-təminat şöbələrinə ictimai nəzarət" layihəsinin və aztəminatlı ailələrə kömək məqsədilə "Ünvanlı dövlət sosial yardım haqqında" və "Sosial müavinətlər haqqında" hazırlanan "Aztəminatlı ailələrin və əlillərin sosial hüquqları" kitabının təqdimat mərasimi keçiriləcək. Mayın 25-də baş tutacaq mətbuat konfransında SİNK-nın səhiyyə müəssisələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Mərkəzinin rayon şöbələrində və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində apardığı monitoqrinqlər və nöqsanlar haqqında ictimaiyyət məlumatlandırılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB