Havaların yağmurlu keçməsinə baxmayaraq Samuxda fermerlərin sahələrdən bol məhsul götürməsi gözlənilir. Bu fikirləri SİA-nın bölgə müxbirinə rayon İcra Hakimiyyəti başçısının Aqrar Məsəllər üzrə müavini Şakir Məmmədov bildirib. Onun sözlərinə görə əsas diqqət strateji məhsul sayılan taxılın əkilməsi və becərilməsinə yönəlib. Aran rayonu olduğundan Samuxda payızlıq taxıl səpini aparılıb. Müxtəlif təsərrüfatlarda təxminən 10 min hektardan artıq dənli bitkilər əkilib ki, bunun da 5600 hektarı buğda 3600 hektardan çoxu isə arpadır. Bir müddətdir davam edən yağışlı hava şəraiti müəyyən problemlər yaratsa da kənd sakinləri nadir keçən günəşli havalardan səmərəli istifadə eldə bilib. Samuxda taxıl məhsulu ilə yanaşı, günəbaxan məhsulunun əkininə də xüsusi diqqət yetirilir. Burada günəbaxan bir baha Rusiya bazarına aparılır. Gəlirli sahə olduğundan rayonda 2 min ha yaxın günəbaxan əkilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 ha çoxdur. Vətəndaşların əkin sahələrinin vaxtında becərilməsi üçün əlavə tədbirlər planı da hazırlanıb. Belə ki, vaxtında biçini yekunlaşdırmaq üçün rayon rəhbərliyi tərəfindən fermerlərə texnikalar ayrılacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB