Məşhur virusoloq evində ölü tapıldı - Qəsd, yoxsa...

Rusiyalı virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki Cozef Atabekov bu gün Moskvadakı mənzilində ölü tapılıb. SİA Rusiya mediasına istinadən xəbər verir ki, 87 yaşında ölən Atabekovun cəsədində zorakılıq izləri tapılmayıb.

Cozef Atabekov transgen bitkilər üçün ilk rus patentinin müəllifidir. Lomonosov adına Moskva Dövlət Universitetinin Virologiya şöbəsinə rəhbərlik edib. O, ixtiralarına görə 35 müəllif hüququ sertifikatı və patent alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə