“Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəkləri ilə bağlı mətbuatda xəbər yayılıb. Eyni zamanda bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunduğu deyilir. Məsələ ilə əlaqədar Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, bu xəbər həqiqəti əks etdirmir. Belə ki, "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov məsələ barədə məlumat verib.
Çıxışda qeyd edilib ki, QR kodun metroda tətbiq edilməsi istiqamətində işlər aparılır. İşlərin aparılması onun tətbiq edilməsi demək deyil. Bu məsələ hazırda təklif olaraq dəyərləndirilir və bu istiqamətdə işlər aparılır. Konkert nə zaman tətbiq ediləcəyi barədə isə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB