SAM MDB ölkələrinin neft və qaz üzrə 11-ci illik sammitində təmsil olunacaq

SAM MDB ölkələrinin neft və qaz üzrə 11-ci illik sammitində təmsil olunacaq

25-27 may 2011-ci tarixində Parisdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin neft və qaz üzrə 11-ci illik sammiti keçiriləcək. Zirvə görüşü "The Energy Exchange" və "Total" şirkətlərinin dəstəyi ilə baş tutacaq. Sammitdə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və digər ölkələrin nümayəndələri iştirak edəcək. Strateji Araşdırmalar Mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında SAM-ı elmi işçi Gülmirə Rzayeva təmsil edəcək.

Sammitdə bir sıra iri neft və qaz yataqları, o cümlədən "Şahdəniz" layihəsi, Azərbaycan-Gürcüstan-Rumıniya arasında imzalanmış AGRI qaz boru kəməri layihəsi, həmçinin regionda yeni strateji alyansların formalaşması, neft-qaz sahəsində gələcək perspektivlər, təbii qazın Avropaya uzunmüddətli ixracı, ixrac marşrutlarının gələcək diversifikasiyası, Xəzər regionu ölkələrinin neft-qaz siyasəti və digər məsələlər müzakirə olunacaq

Bütün xəbərlər Facebook səhifəmizdə