Bakıda külək 14 ağacı aşırıb

Bakıda külək 14 ağacı aşırıb

Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub. Bu barədə məlumatı SİA Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən əldə edib. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:

"Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə