SİA psixoloq Vüsalə Əmiraslanovanın müsahibəsini təqdim edir:
- İnsan üçün ailə qurmaq mütləqdir? Bəs, kimlər ailə qurmamalıdır?
- Hər bir insan evlənməyə hazır olduğu yaşda ailə qurmalıdır. Bizim ölkədə evlənərkən ana-atanın yaşının çox olması kimi amillər nəzərə alınır. Məsələn, 30-32 yaşında oğlanın ailə qurmamasına qarşı bilib-bilmədən mənfi düşüncələr sərgiləyirlər. Qızlara da, həmçinin. Əgər qız 25 yaşını keçirsə və hələ də subaydırsa, artıq, söz-söhbət gəzir ki, niyə onu alan yoxdur. Bu fikir də çox yalnışdır. Siz əşya və mal ala bilərsiniz. Qadın və ya qız aksesuar deyil ki, onu alasan. Bir şəxs özünü tanımırsa, indiyə kimi öz hesabına heçnə etməyibsə, deməli, o ailə qurmağa hazır deyil. Ailəli insana özəl hörmət olur. Lakin, göstəriş üçün ailə qurmaq da səhv addımdır.
- Bəzi ailələr qız övladına uşaq yaşlarından cehiz yığır. Bu uşaqların psixologiyasına necə təsir edir?
- Bir psixoloq olaraq daha çox valideynləri yox, uşaqları dinləyirəm. İlk öncə valideynlə görüşüb, sonra uşağa keçid edirəm. Valideynin danışdığından üç qat artığını uşaq bilir. Uşaq, həqiqətən evin güzgüsüdür. Qız övladı arxa-dayağı atasından alıb hiss etməlidir. Əgər bu hal baş verməsə, onda feminizm başlayır və kişi tipli qadına çevrilir. Oğlan övladı isə anasına daha bağlı olur. Lakin, o da güvəni və gücü atasından alır. Oğlan anaları övladını əzməməlidir. Əks halda, onlar güclü qadınların əlaltısına çevriləcək. Evliliklə bağlı uşaqların psixologiyasına toxunmaq olmaz.
- Belə bir fikir var ki, uşağın tərbiyyəsinin böyük bir qismi ananın üzərinə düşür. Bəs qadını bir fərd kimi hesab etməyən kişiləri düşmən hesab etmək olarmı?
- Tez-tez rastlaşılan hallardan biri də budur ki, evdə bir problem olanda ata övladının mənfi hərəkəti üçün anaya təzyiq edir. Övlad uğur qazananda isə ata deyir ki, mənim uşağımdır. Atalara məsləhətim budur ki, yoldaşını və övladını oturub dinləsin, başa düşməyə çalışsın. Əgər, ata övladının yanında onun anasını təhqir edirsə, uşaq da anasına hörmət etməyəcək.
- Xəyanətə ehtiyyac nədən qaynaqlanır?
- Xəyanətin bir neçə növü var. Əgər biz ailədə ər-arvad arasında olan xəyanətdən danışırıqsa, bu çox geniş bir mövzudur. Bunun üçün onların tanışlıq anına nəzər yetirməliyik. Fundamental düzgün qurulmayan münasibətlər heç vaxt sonacan irəliləmir. Alınsa belə çox nadir hallarda olur. Xəyanət düzgün seçilməmiş evlilik yaşından qaynaqlanır. Kişilər düşünür ki, qız evlilik yaşına qədər ondan başqa heçkimlə münasibət qurmamalıdır. Beləliklə, ortada təcrübəsizlik yaranır. İş yerinə gəlmək, telefon yoxlamaq kimi hallardan fərdlərin özünə olan güvənsizliyindən irəli gəlir. Bizim cəmiyyətdə belə bir deyim var ki, kişi xəyanət etsə normaldır. Amma qadın etsə dünyanın sonudur.
- Pandemiya şəraitində hansı psixoloji problemlərdən şikayət olunur?
- Daha çox panikatak və depressiya. Demək olar ki, hər 10 nəfərdən yeddisində panikatak var. İnsanlarda digər çox yayılmış problem də ümidsizlik və qeyri-müəyyənlikdir.
- Karantinin boşanmada rolu varmı?
- Toylara icazə olmadığı üçün karantin dönəmində nişanlılar evlənir. Onlar düşünür ki, qadağalar aradan qalxana qədər nigah edib, daha sonra toy edərlər. Bax, bu ümidsizlik və qeyri-müəyyənlik onlar arasında boşanmaya gətirib çıxarır. Uyğun olmayan iki insanın bir evdə yaşaması fəlakətdir. Ama uyğun olan insanla yaşamaq vaxtın necə keçdiyi hiss olunmayacaq qədər rahatdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB