“Bir ildən çoxdur ki, bütün dünya pandemiyanın əsarətindədir. Dünya iqtisadiyyatlıarı çöküb, ölkələrdə tətbiq olunmuş sərt karantin tədbirləri nəticəsində insanlar arasında real ünsüyyət məhdudlaşıb, bu xəstəlikdən əziyyət çəkən və ölənlərin sayı günbəgün artmaqdadır. Azərbaycan da dünyanın bir parçası olduğundan ölkəmizdə də pandemiyaya qarşı çox ciddi tədbirlər görülür, amma çox təəssüf ki, gündəlik koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqdadır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, dövlət bu tədbirlərə bütün resurslarını cəlb edib: “Azərbaycan peyvəndlənməyə ilk başlayan ölkələrin sırasındadır. Bu gün dünyada çoxlu ölkələr var ki, peyvənd almaq istəyirlər, amma imkanları yoxdur. Onu qeyd edim ki, ölkəmizə peyvəndlərin gətirilməsində ölkə başçımızın dünyadakı nüfuzu və əməyi xüsusi rol oynayır. Bu gün ölkəmizdə sürətli peyvəndləmə prosesi gedir. Əsasən əhalimiz pandemiiyadan çıxmağının yeganə yolu peyvəndlənmədə keçdiyini başa düşür. Amma sosial şəbəkələrdə əks təbliğat aparanları da izləyirik. Çox təəssüf ki, bəzi insanlarımız belə şeyləri izləyərək peyvəndlənmədə ikili fikirlidirlər”.
A.Badamov vurğulayıb ki, belə düşüncəli insanlara çağırış edirəm ki, əgər sağlam yaşamaq və real həyata qayıtmaq istəyiriksə təcilli şəkildə hamımız peyvəndlənməliyik: “Ayrı çıxış yolumuz yoxdur. Nəinki bizim, hətta dünya insanının bu gün peyvəndlənmədən başqa koronavirusa qalib gəlməyinə ayrı bir yolu yoxdur. Qeyd etdiyim kimi dünyanın bir çox ölkələrinin peyvəndlərə əlçatanlığı məhduddur, insanları peyvəndləməni intizarla gözləyirlər. Biz isə peyvəndləri gətirmişik və insanlarımızın sağlamlığı dövlətimiz üçün hər şeydən üstün olduğundan peyvəndlənməni aparırıq. Gəlin bu fürsətimizi əlimizdən buraxmayaq və təcilli hamımız peyvəndlənək ki, sağlam qalaq və adi həyat tərzimizə qayıda bilək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB