Daxilən xəstənin sayıqlaması... - SARKAZM

Daxilən xəstənin sayıqlaması... - SARKAZM

...İndi erməni yazıq neyləsin, vaxtilə Böyük Pyotrun Avropaya açdığı kiçicik də olsa pəncərəni, indi Putin bağlamağa çalışır. Bəs, belə olan halda ermənilər sivişib Avropaya necə yol tapa biləcəklər?

Ermənilərin iddiasına görə, sən demə, onların bu günə qədər özlərinə dost, müttəfiq bildikləri şimal qonşuları əslində barbarlarmış. Demə, böyük tarixi mədəniyyəti, “ölçüyəgəlməz” zehinləri və hərbi liderləri olan erməni xalqının Lukaşenko Belarusiyası və Putin Rusiyası kimi ölkələrlə müttəfiqlik etməsi əbəsmiş. Çünki bu ölkələr, heç vaxt ermənilərə qayğı göstərməyiblər. Əksinə, ermənilərdən çox türk və azərbaycanlılarla “yaxınlıq” ediblər.

Deyim ki, ermənilər bunu boş yerə demirlər a... Əllərində “daşı dəlib keçən əsasları” var. Necə olur, ermənilər özlərinə məxsus olmayan torpaq davasına qalxanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvləri olan Belarusiya və Rusiya açıq şəkildə ordu göndərib “qəhrəman erməni igidlərinə” kömək etmədi? Niyə? Amma onlar bunun əksini etdilər, yəni “erməni qəhrəmanları”nın öldürməsini “qorxaqlıqla” izlədilər.

Erməni iddiasına görə, bu gün ermənilərə ən ağrılı zərbəni Putin vurmağa çalışır. O, hələ bir utanmadan, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edir. Amma, o bunun ermənilər üçün “cəfəngiyat”dan başqa bir şey olmadığını unudur. Dünyanın tanıması ilə deyil axı. Biz dünyanın “nadir” xalqlarından biriyik, ona görə də, elə Rusiya da daxil olmaqla bütün dünya bizimlə hesablaşmalıdır. Bundan əlavə, Rusiya, bu işdə bizim ən yaxın müttəfiqimiz kimi, gərək bizə qahmar çıxmalıdır. Amma Putin nə edir: köhnə silahlarını bizə sırımaqla başımızı aldatmağa çalışır. Gördük də, onun bizə verdiyi silahları. Müftə verəndə, bəyəm, beləsini verərlər? “İskəndər-M” vermişdi, heç biri də partlamadı. İndi də deyirlər, bu silahları atan ermənilər naşı olublar. Hələ bir “qəhrəman erməni” ordusuna qara yaxmağa da çalışırlar.

Əslində, bizim kimi “yüksək intelektə malik” bir xalqın, əhalisinə məvacib əvəzinə kübrə verən Belarusiya kimi bir dövlətlə də mütəfiq olmasına heç bir lüzum görmürük. Onların erməni xalqının elmi-mədəni səviyyəsinə çatmaları üçün əsrlər yox ey, qərinələr lazımdır. Təbii ki, bu ərəfədə “böyük erməni xalqı” da yerində dayanmayacaq və daha irəlilərə gedəcək.

Bu gün Böyük Pyotrun Avropaya “açılan pəncərənin” Vladimir Putin tərəfindən tıxanmasının, daha çox erməni xalqına qarşı hesablandığını artıq dünya da başa düşməyə başlayır.

Hazırda ruslar ”böyük erməni xalqının” Avropaya üz tutmağından vahimələnirlər. Çünki onlar bunula “ermənilərin ruslara əta etdikləri” elm və mədəniyyətdən məhrum olacağını yaxşı anlayırlar. Ona görə də, hər vəchlə bizim Avropaya çıxışımıza maneəçilik törədirlər.

...Ermənilərin Ovanes Tumanyan adli bi yazarı olub. Baxtilə o deyirdi ki, “... həqiqi qurtuluş daxildən başlamalıdır, çünki biz daxilən xəstəyik”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə