Qazi və ailəsi Ege hospitala təşəkkür etdi

Qazi və ailəsi Ege hospitala təşəkkür etdi

İkinci Vətən müharibəsi qazisi Sadəddin Aydın oğlu Bayramov və ailə üzvləri Bakı şəhərindəki Ege hospitalda ödənişsiz olaraq müayinə ediliblər.

Fəaliyyəti dövründə vətəndaşlarımıza yüksək keyfiyyət, güvən bəxş edən Ege Hospitalın rəhbəri, peşəkar həkim - nefroloq Barat Yusubovun təşəbbüsü ilə qazi və ailə üzvləri sığorta şöbəsinin rəhbəri Kəmalə Səlimova, həkimlər - Ramin Cavadov və Rəna Musayevin müayinə və məsləhətlərini alıblar.

Həkimlərə dərin təşəkkürünü bildirən qazi onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladırıq ki, Şəki rayonunun Baş Zəyzid kəndi sakini, 23 yaşlı Sadəddin Aydın oğlu Bayramov Topxana, Daşaltı, Şuşa, Xankəndi istiqamətindəki döyüşlərdə iştirak etmiş və aldığı xəsarət nəticəsində sağ qolu zədələnmişdir. Qaziyə “sağ said sümüklərinin iki proyeksiyada R-qramlarında, dirsək sümüyünün aşağı 1/3 hissələrində sümük deffekti” diaqnozu təyin edilib.

Qazi 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti llham Əliyevin sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Qazi hazırda müayinə və müalicəsini davam etdirir.

“Sağlamlığınız – sağlamlığımızdır!” şüarı ilə tanınan Ege Hospitalın peşəkar həkim kollektivinin qaziyə göstərdiyi diqqət sözsüz ki, əsl insanlıq nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə