"Təmənnasız sevgi yoxdur" PSİXOLOQ AÇIQLAMA VERDİ

"Təmənnasız sevgi yoxdur" PSİXOLOQ AÇIQLAMA VERDİ

"Güvənsizlik və qısqanclıq tamam başqa məsələdir. Özgüvən hər bir insanda olmalıdır. O, bizə uşaqlıqdan hədiyyədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, əgər ailədə insanın özgüvəni yaxşı deyilsə, o böyüdükdə özgüvənsiz şəxsiyyətə çevrilir. Beləliklə, müəyyən yaşa çatdıqdan sonra qarşı tərəfi pik həddə qısqanır: "Qısqanclıq yalnız qarşı tərəfə deyil, həm də həmcinslər arasında olur. Özgüvən məsələsinin üzərində bu qədər dayanılması intiharların artması ilə də əlaqəlidir. Özgüvən hər bir insanın içində olan və özünün inkişaf etdirdiyi xüsusiyyətdir. Əgər bir insan özünü tanımırsa, kəşf etməyibsə, ətraf-aləmin sözü ilə özgüvəni oynayır. Etdiyiniz işdən və hərəkətdən əminsinizsə ətraf aləmin fikrinə önəm verməyin".

Psixoloq onu da qeyd edib ki, özgüvəni aşağı olan insanı hər tərəfə çəkmək olur: "Onlar insanlardan sevgi umur və qarşısındakının dediyi hər şeyə tabe olur. Düşünür ki, əgər qarşısındakının dediklərinə tabe olmasa, sevilməyəcək. Bu məsələnin mərkəzində sevgi tələbatının ödənilməsi dayanır. Təmənnasız sevgi yoxdur. İstifadə halları həmişə olur. Hətta, ana-bala arasındakı münasibət də təmənnasız deyil. Ana da övladını böyüdür ki, gələcəkdə onun qulluğunda dayansın. İnsan maksimum dərəcədə istifadə edildiyini anlamalıdır. Anlamasa belə itirmir, təcrübə qazanır. Beləliklə, bir daha heçkimə güvənməməli olduğunu dərk edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə